Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın “Ertsgebirge” komandası ilə vidalaşıb.
İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi ilə yollar rəsmən ayrılıb.
III Bundesliqa təmsilçisi təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib və uğurlar arzulayıb.
Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən “Ertsgebirge”də çıxış edirdi. O, bu müddət ərzində Aue təmsilçisində 217 oyuna çıxıb və 48 qol vurub.