Kateqoriyasız

Nazarov dubl etdi, qələbə qazana bilmədi – VİDEO

Azərbaycan millisinin keçmiş üzvü Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” Almaniya çempionatının 24-cü turunda səfərdə “Paderborn”un qonağı olub. 6 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.

Dmitri Nazarov da bu görüşün iştirakçısı olub. 31 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib. Nazarov komandasının 1-ci və 3-cü qollarının müəllifi olub. O, hər iki qolu penaltidən vurub.

16 xal toplayan “Erzgebirge” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43