Kateqoriyasız

Nazarov milliyə gəlməkdən imtin etdi

Almaniyanın “Ersgebirge” klubunda çıxış edən Dmitri Nazarov Azərbaycan millisinə gəlməkdən imtina edib.

İdmanxeber.az-ın məlumatına görə, o, bunu koronavirus təhlükəsi səbəbi ilə əlaqələndirib:

“Təhlükəsizlik ilk növbədədi. Azərbaycan risk zonasıdı. Üstəlik, uçuşlar asan deyil. Baş məşqçi ilə danışdım və burda qalmağa qərar verdim. Vəziyyət düzəlsə, sonrakı matçlar üçün milliyə qayıda bilərəm”.

Azərbaycan yığması Millətlər Liqasında sentyabrın 5-də Lüksemburqu qəbul edəcək, 3 gün sonra Kiprin qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43