Dünya futbolu

Nazarov oynadı, “Erzgebirge” qalib gəldi

Təlim-məşq toplanışını Antalyada davam etdirən Almaniyanın “Erzgebirge” komandası növbəti yoxlama oyununu keçirib.

İkinci bundesliqa təmsilçisi “Karl-Çeyss  Yena” (Almaniya) ilə qarşılaşıb. Matç Aue təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

D.Nazarov sözügedən görüşün iştirakçısı olub. O, hər biri 45 dəqiqə olmaqla üç hissəlik görüşün sonuncu hissəsində meydana daxil olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43