Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” bu gün Almaniya 2-ci liqasında növbəti oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda doğma meydanda “Verder”lə qarşılaşıb. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib. Bu görüş Nazarov üçün yubleylə əlamətdar olub. O, 2-ci Bundesliqada 250-ci oyununu keçirib.
Qeyd edək ki, 33 oyuna 23 xal toplamış “Ersgebirge” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Aue təmsilçisinin 2-ci Bundesliqanı tərk edəcəyi ötən turdan dəqiqləşib.