Almaniya 3-cü Bundesliqasında 23-cü turun oyunları keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, millimizin sabiq futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Erzgebirge” səfərdə “Vehen”in qonağı olub. 3 qolun qeydə alındığı qarşılaşma Aue təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1.
Nazarov bu matça start heyətində başlayıb və sona kimi meydanda olub. O, komandasının 2-ci qolunun məhsuldar ötürməsini edib.
Aktivində 27 xal olan komanda hazırda 13-cüdü.