Kateqoriyasız

Nazarov oynadı, komandası uduzdu

Almaniya 2-ci Bundesliqasında 28-ci turun oyunları keçirilir.

İdmanxeber.az xəbər verir ki, millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb. Komandsa əfərdə “İnqolştadt” ilə qarşılaşıb. Yarımmüdafiəçimizin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib. Yarımmüdafiəçi 56-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

27 oyuna 19 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43