06 Fevral 2025
Kateqoriyasız

Nazarov oynadı, komandası xal qazandı

Almaniya 2-ci Bundesliqasında 13-cü turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” səfərdə “Nürünberq”lə qarşılaşıb. 90 dəqiqəlik oyunda qol vurulmayıb.

Futbolçumuz start heyətində meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib. Onun ikinci hissədə qol vurmaq üçün gözəl şansı olsa da, rəqib qapıçı Nazarovu sevindirməyib.

Qeyd edək ki, “Karlsrue” heç-heçə sayəsində 1 pillə irəliləyərək 16 xalla 11-ci yerdə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43