Kateqoriyasız

Nazarovun het-trik etdiyi matçın Videosu

Almaniya 2-ci Bundesliqasında XXXII turun oyunları keçirilir.

Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” evdə “Paderborn”a 3:8 hesabı ilə uduzub.

Nazarov start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının hər üç qolunu Dima vurub. 31 yaşlı yarımmüdafiəçi 1, 4 və 55-ci dəqiqələrdə fərqlənib. O, sonuncu qolu penaltidən vurub.

Aue təmsilçisi 41 xalla 11-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43