Premyer Liqanın XII turu çərçivəsində doğma azarkeşlər önündə “Xəzər Lənkəran”ı məğlub edən “Neftçi”nin (4:1) baş məşqçisi Nazim Süleymanov oyun haqda fikirlərini bildirib:
“Komandam bu gün yaxşı oynadı. Meydanda səhvlərimiz oldu, qol buraxdığımız üçün təəssüflənirəm. İlk qələbəmi “Xəzər Lənkəran” üzərində qazandığım üçün şadam. Premyer Liqa uzun marafon kimidi, çalışacağıq ki, qarşıdakı oyunlarda da xallar toplayaq və finişdə yaxşı nəticə göstərək. “Xəzər Lənkəran” çempionatımızın yaxşı komandalarından biridi, onlarda uşaq yoxdu. Mən öz komandamın futbolçularına cavabdehəm. Cavid İmamverdiyevdən daha yaxşı, daha gözəl oyun gözləyirəm, lakin bu gün ondan istədiyimi ala bilmədim. Yerli futbolçularımızın hər biri milli komandaya layiqdi. Bunu meydançada sübut etmək lazımdı”.