Müsahibə

Nazim Süleymanov istefasının səbəblərini açıqladı: “Dediklərini etmədilər” – MÜSAHİBƏ

“Neftçi”nin baş məşqçisi Nazim Süleymanov istefa verib. Dünən klub rəhbərliyinə istefa ərizəsini təqdim edən Süleymanovun xahişi bu gün yerinə yetirilib. Bu məsələylə bağlı N.Süleymanov idmanxeber.com-a müsahibə verib.

– Nazmim müəllim niyə istefa verdiniz?

Mən istefanı dünən vermişdim. Təşəkkür edirəm ki, bu gün qəbul etdilər. Bilirsiz, əgər mən futbolçu gətirə bilmirəmsə, məşqçilər korpusunda dəyişiklik edə bilmirəmsə, bu klubda niyə qalmalıyam? Buna gör də istefa verdim.

– Axı bu komandanı siz yığmamışdız. Getməyədə bilərdiz…

“Neftçi böyük komandadı. Ancaq mən də belə məşqçiyəm. Əgər oyunçu transfer olunmayacaqsa mən niyə orda qalıram? Məşqçinin öz komandası olmalıdır. Gördüm ki, yox, almayacaqlar, ona görə də, getməyi üstün tutdum.

– Razısınızmı ki, “Neftçi”yə gəlişinizlə böyük səhvə yol verdiniz?

Gəlin belə düşünməyək. “Neftçi” Azərbaycan futbolunun ən yaxşı klublarından biri, birincisidi. Bu mənim üçün əlavə təcrübə oldu. 

– Ancaq məşqçilik karyeranıza da xələl gəlmiş oldu…

Xələl gətirdiyini düşünmürəm. Biz danışmışdıq axı, fasilədə yeni məşqçilər gətirərik, oyunçu transferi olacaq. Ancaq vədə əməl edilmədi.

– Və Böyükağa Hacıyev yenidən “Neftçi”yə qayıdır…

Mən bu haqda nəsə demək istəmirəm.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43