Ölkə futbolu

Nazim Süleymanov Julius Vobayı geri qaytarır

“Neftçi”nin icarə əsasında komandadan göndərilən futbolçularından biri olan Julius Vobay Azərbaycana dönmək qərarı alıb.

Belə ki, onun dönüşünü baş məşqçi Nazim Süleymanov istəyib. Bunun üçün futbolçunun hazırda çıxış etdiyi Ərəbistanın “Əl-Şaab” klubu ilə danışıqlar aparılıb.

Qeyd edək ki, Vobay “Əl-Şaab”da 9 oyun keçirib (791 dəqiqə) və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43