“Neftçi”nin baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşdıqları “Qəbələ” ilə oyunu şərh edib. “Ağ-qaralar”ın çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Qələbə həmişə yaxşıdı. Bir tərəf qalib gələndə, digəri məğlub olur. “Qarabağ”a məğlub olduqdan sonra mənə böyük təzyiqlər oldu. Amma rəhbərlik mənə dəstək oldu, buna görə minnətdaram. Futbol əzmkar mübarizədi, çox gözəl oyun oldu. Rəqib komanda da gözəl oyun nümayiş etdirdi. Hakimliklə bağlı hər hansı məqamları qeyd etmək istəmirik, lakin müəyyən məqamlar var. Bu gün qələbəyə layiq idik, bunu oyunumuzla sübut etdik. İqor Mitreski “Qarabağ”la oyunda buraxdığı səhvlərə görə bu gün əsas heyətdə yox idi”.