30 Sentyabr 2024
Kateqoriyasız

Nazim Süleymanov məşqçilərlə görüşüb

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Nazim Süleymanov AFFA-nın inzibati binasında bir sıra görüşlər keçirib.

İdmanxeber.com AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanın çalışdırıcısı “Qarabağ”, “Bakı”, “Sumqayıt”, “İnter” və AZAL klublarının əvəzedici komandasının baş məşqçiləri, müvafiq olaraq, Aftandil Hacıyev, Məqsəd Yaqubəliyev, Samir Abbasov, Rüstəm Əliyev və Elnur Zeynalovla görüşüb, bu komandalardan U-19-a dəvət olunmaq ehtimalı olan futbolçular barədə ətraflı fikir mübadiləsi aparıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43