Azərbaycan kubokunun 1/8 final mərhələsində “Kəpəz”lə qarşılaşan “Neftçi” rəqibini minimal hesabla məğlub edərək 1/4 finala vəsiqə qazandı – 1:0.
Nazim Süleymanov, “Neftçi” klubunun baş məşqçisi: “Maraqlı oyun oldu. Oyundan əvvəl cütün favoriti sayılırdıq, rəqibin Divizion təmsilçisi olması da komandada arxayınlıq yaratmışdı. “Kəpəz” 1-ci dəstədə olmasına baxmayaraq, böyük tarixə malikdir. Kubok bir oyundan ibarətdir, bu cür oyunlara ciddi yanaşmaq lazımdır”.
Azər Məmmədov, “Kəpəz” klubunun məşqçisi: “Xoş sözlərə görə təşəkkür edirəm. Reallıq odur ki, mənim üçün belə, bugünkü oyunda favorit “Neftçi” idi. Komandalarımız bir-birinə əzəli rəqib olub, sağlam rəqabət aparmışıq. Əvvəlki illərdə komandalarımız arasındakı oyunlar derbi kimi sayılırdı. İndi vəziyyət ö cür olmasa da, komandaya var gücü ilə oynamağı, futbolçulara öz bacarıqlarını göstərməyi tapşırmışdım. Oyuna görə komandaya minnətdaram. Rəqibi qələbə ilə təbrik edirəm. İnanıram ki, kuboku “Neftçi” qazanacaq”.