18 Oktyabr 2024
İdman

Nazir açılış mərasiminə xərclənən vəsaiti açıqladı

Bakıda keçirilən I Avropa Oyunlarının iyunun 12-də baş tutmuş açılış mərasiminə təxminən 100 milyon manat xərclənib.

İdmanxeber.com-un məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında bildirib.

Nazir Oyunların sonunda sərf olunan vəsaitlə bağlı daha dəqiq məlumatın veriləcəyini açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43