30 Noyabr 2021
Kateqoriyasız

Nazir dünya çempionatında medal qazanmış boksçularla görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında uğurla çıxış etmiş Azərbaycan boksçuları ilə görüşüb.

İdmanxeber.az xəbər verir ki, F.Qayıbov dünya çempionu Alfonso Dominges (86 kq), bürünc mükafatçılar Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayevi (+92 kq) növbəti uğurları münasibətilə təbrik edib, onlara qarşıdakı yarışlarda qələbələr arzulayıb.

Görüşdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov, baş katib Nağı Səfərov və yığma komandanın böyük məşqçisi Nəriman Abdullayev də iştirak ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Bizi kiçik komanda bilib…” – Qurban Qurbanov

admin

“Azərbaycan millisində oynamaqdan imtina etdim” – “Qarabağ”ın sabiq üzvü

admin

“Legiya” Mahir Emrelinin transferini açıqladı – Fotolar

admin