12 Oktyabr 2024
Kateqoriyasız

Nazir millimizə görə fit çaldı – VİDEO

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Xorvatiya matçını bir sıra dövlət rəsmiləri də izləyib.

İdmanxeber.com supersport.az-a istinadən xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov da millimizə dəstək verənlər arasında olub. O, qarşılaşmanı rəsmilər üçün ayrılmış VİP lojadan izləyib.

Yığmamızın qarşılaşmadan 1 xalla ayrılması digərləri kimi, Məmmədyarovu da sevindirib. Maraqlıdı ki, nazir heç-heçəni fit çalmaqla qeyd edib.

Xatırladaq ki, oyunu izləyənlər arasında baş nazirin müavini Yaqub Eyyubov, AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl, baş məşqçisi Qurban Qurbanov və başqa şəxslər olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43