Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov bu gün “Qarabağ” klubunun bazasını ziyarət edib.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun prezidenti Tahir Gözəl nazir Fərid Qayıbovu bazada futbolçular üçün yaradılmış şəraitlə tanış edib.
Nazir Fərid Qayıbov çıxışında komandanin UEFA Avropa Konfrans Liqasında tarixi uğura nail olaraq, pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib, səmimi qarşılanmaya görə minnətdarlığını bildirib.
Daha sonra Tahir Gözəl nazir Fərid Qayıbova dəvəti qəbul etdiyi və “Qarabağ” barədə xoş sözlər səsləndirdiyi üçün təşəkkür edib.