İdman

NBA klubunda ciddi itki

NBA təmsilçisi “Los Anceles Leykers” ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, komandanın aparıcı üzvü Lebron Ceyms zədələnib. O, son matçda “Dallas Maverisk” qarşısında sağ ayağından ciddi zədə alıb.

NBA tarixinin ən məhsuldar oyunçusunun azı iki həftə oynamayacağı bildirilir. Sözügedən görüşdə “Los Anceles Leykers” rəqibini 111:108 hesabı ilə məğlub edib.

Lebron cari mövsüm NBA-da 29,5 xal, 8,4 ribaund və 6,9 assist ortalaması ilə çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43