Son oyunlarda heç də uğurlu nəticələr əldə edə bilməyən "Çelsi"nin baş məşqçisi Joze Mourinyo maraqlı açıqlamalar verib.
Mətbuat konfransı keçirən çalışdırıcı jurnalistlərin suallarını cavablandırıb:
Mourinyo jurnalistin "Komanda böhrandadır?" sualına, "Nə böhran? Böhran Suriyadadı. Mənim üçün böhran problem yaratmaz"-deyə cavab verib.
Təcrübəli mütəxəssis bundan əvvəl "Çelsi"də çalışan Rafael Benitez və Villas Boaşın işini bəyənmədiyini bildirib:
"Məndən öncəki məşqçilərin oynatdığı futbolu bəyənmirəm. Bəzi şeyləri dəyişdirmək üçün çalışırıq. Buda vaxt alır".