Dünya futbolu

“Nə böhran? Böhran Suriyadadı”

Son oyunlarda heç də uğurlu nəticələr əldə edə bilməyən "Çelsi"nin baş məşqçisi Joze Mourinyo maraqlı açıqlamalar verib.

Mətbuat konfransı keçirən çalışdırıcı jurnalistlərin suallarını cavablandırıb:

Mourinyo jurnalistin "Komanda böhrandadır?" sualına, "Nə böhran? Böhran Suriyadadı. Mənim üçün böhran problem yaratmaz"-deyə cavab verib.

Təcrübəli mütəxəssis bundan əvvəl "Çelsi"də  çalışan Rafael Benitez və Villas Boaşın işini bəyənmədiyini bildirib:

"Məndən öncəki məşqçilərin oynatdığı futbolu bəyənmirəm. Bəzi şeyləri dəyişdirmək üçün çalışırıq. Buda vaxt alır".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43