Kateqoriyasız

“Neftçi” ən yaxşı oldu

Azərbaycan Premyer Liqasında III dövrə başa çatıb.

Dövrənin 28 oyununda 59 qol vurulub. Qarşılaşmalardan 16-da qalib müəyyənləşibsə, 12 heç-heçə qeydə alınıb.

Dövrənin ən yaxşısı “Neftçi” olub. Paytaxt təmsilçisi qələbə, vurulan qol və xal sayında hamını qabaqlayıb. Ən az qol buraxan və top fərqində ən yaxşı olan “Qarabağ” ikincidi. “Sumqayıt”la “Zirə” də ağdamlılar kimi yalnız bir dəfə uduzub.

Dövrə ərzində qələbəsi olmayan yeganə klub “Keşlə” qapısında ən çox qol görən komandadı.

1 Neftçi 7 5 0 2 12-6 15
2 Qarabağ 7 4 2 1 10-3 14
3 Sumqayıt 7 2 4 1 8-4 10
4 Qəbələ 7 2 2 3 5-7 8
5 Zirə 7 1 5 1 6-7 8
6 Sabah 7 1 3 3 6-10 6
7 Səbail 7 1 3 3 4-10 6
8 Keşlə 7 0 5 2 8-12 5


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43