Premyer Liqa

“Neftçi” 8 illik tilsimi qırdı (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasında 13-cü turun növbəti oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında "Xəzər Lənkəran" "Neftçi"ni qəbul edəcək. Heç də yaxşı günlərini yaşamayan bu iki komandadan hər hansısa biri qalib gələcəyi təqdirdə avrokuboklara getmək şansını qismən yaxşılaşdıra bilər. 

Günün son matçı Bayılda keçiriləcək. Burada "Rəvan" "Zirə"ni qonaq edəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək "İnter" – AZAL oyunu ilə yekun vurulacaq.

22 noyabr (bazar)

18:00.“Xəzər Lənkəran” – “Neftçi” – 0:2

Hakimlər: Əliyar Ağayev, Knyaz Əmiraslanov, Rza Məmmədov, Nail Nağıyev

“Xəzər Lənkəran” mərkəzi stadionu

20:00.“Rəvan” – “Zirə”

Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, İsgəndər Əliyev, İnqilab Məmmədov

“Bayıl Arena”

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43