“Neftçi” yarımmüdafiəçisi Araz Abdullayev klubun nizam-intizam qaydalarını pozduğuna görə cəzalandırılıb.
İdmanxeber.com-un məlumatına görə, futbolçu bu gün komandanın oyunöncəsi toplanışına gecikdiyi üçün məşqə buraxılmayıb.
Araz Abdullayevlə bağlı qəti qərar 13-cü turun oyunundan sonra keçiriləcək klubdaxili iclasda veriləcək.
Abdullayev ötən ay da cəzalandırılmışdı.
Premyer Liqanın VIII turunda “Sumqayıt” – “Neftçi” oyununda intizamsız davranışa yol verən futbolçu baş məqşçi Arif Əsədovun təqdimatına əsasən əvəzedici komandaya göndərilmişdi.