Təmirə bağlanan “Neftçi Arena” sentyabrın 20-nə kimi klubun ixtiyarına veriləcək.
“Neftçi”nin Media üzrə koordinatoru Rüstəm Əfsərli İdmanxeber.az-a açıqlamasında bildirib ki, derbi oyununa kimi stadion hazır vəziyyətə gətiriləcək:
“Bildiyiniz kimi, stadionun ot örtüyü yararsız olmasına görə, “Neftçi Arena” təmirə bağlandı. Lakin Premyer Liqanın 7-ci turunun “Qarabağ”la matçını doğma meydanımızda keçirə biləcəyik. Ot örtüyü ilə yanaşı stadionun oturacaqları da dəyişdiriləcək və hamısı “ağ-qara” rəngdə olacaq”.
Qeyd edək ki, Misli Premyer Liqasının 3-cü turunun “Neftçi” – “Sabah” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi “Neftçi Arena”da deyil, “Liv Bona Dea Arena”da baş tutacaq. Oyunun günü, vaxtı ilə bağlı dəyişiklik yoxdur.
Misli Premyer Liqasının 5-ci turunun “Neftçi” – “Şamaxı” oyunu ilə 13-cü turun “Şamaxı” – “Neftçi” oyununun yeri dəyişdirilir, qeyd olunan dəyişiklik klubların əvəzedici heyətlərinin oyununa şamil edilmir.