“Neftçi” Meksikanın “Krus Asul” klubunun futbolçusu Auqusto Lotti ilə anlaşa bilməyib.
İdmanxeber.az “Record” nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu ilə Azərbaycan təmsilçisi arasında danışıq aparılsa da, tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Lottiyə ölkəsinin bur klubundan da maraq olduğu bildirilir.
Qeyd edək ki, Auqusto Lottinin “Krus Asul”la müqaviləsinin müddəti 2026-cı ilin sonuna qədərdir.