Kateqoriyasız

“Neftçi” – “Aris” oyununa nə qədər bilet satılıb?

Bu gün “Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda Kiprin “Aris” klubu ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, sözügedən görüşə satılmış biletlərin sayı bəlli olub. “Ağ-qaralar”ın mətbuat xidmətindən saytımıza bildirilib ki, bu saata 7 minə yaxın bilet satılıb. Oyun saatına qədər bütün biletlərin satılması ehtimal olunur.

Matçın keçiriləcəyi “Bakcell Arena” 11 min azarkeş tutumuna malikdir.

Qeyd edək ki, bu gün oynanılacaq görüş saat 21:00-da başlayacaq. İlk qarşılaşmada Azərbaycan təmsilçisi 0:2 hesabı ilə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43