Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək Sloveniya “Koper”i ilə “Neftçi” arasında cavab matçına hakim təyinatları açıqlanıb.
İdmanxeber.com-un məlumatına görə, bu qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Benoit Millot olacaq. Ona həmyerliləri- Stephan Luzi, Kiril Sent Krikq Lompre və Sebastyan Moreyra kömək edəcəklər.
UEFA nümayəndəsi Tormod Larsen (Norveç), hakim-inspektor Alfredo Trentalange (İtaliya) olacaq.