Braziliyanın B Seriyasında çıxış edən “Quarani” klubunun futbolçusu Talliso “Neftçi”nin maraq dairəsindədi.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu tam adı Talisson Auqusto Tavares Dias olan 28 yaşlı müdafiəçi ilə razılaşmaq üzrədi. Onunla 3 illik müqavilə imzalanacaq.
Braziliyalı futbolçu komandadan ayrılan haitili cinah müdafiəçisi Donald Geryeni əvəzləyəcək.
Tallison Auqusto Tavares Dias Braziliyada “Flamenqo”, “Seara”, “Vitoriya” kimi klublarda çıxış edib.