22 Oktyabr 2024
Ölkə futbolu

“Neftçi” axtardığı hücumçunu tapdı – Gələn həftə Bakıya gəlir

Transfer çalışmalarını davam etdirən “Neftçi” yaxın günlərdə heyətini yeni futbolçu ilə gücləndirəcək.

İdmanxeber.az-a daxil olan məlumata görə, Roman Qriqorçuk rəhbərliyə yeni hücumçu transferinin vacibliyini çatdırıb.

Bu yöndə çalışmalarını davam etdirən “ağ-qaralar” transfer siyahısında yer alan bir hücumçu ilə demək olar ki, anlaşa bilib. Tərəflər arasında danışıqlar müsbət nəticələnib. Adı hələ ki, açıqlanmayan forvard “Neftçi”nin təklifini müsbət dəyərləndirib. Onun üzümüzə gələn həftə Bakıda olması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43