“Neftçi”nin istər büdcə, istərsə də oyunçularının səviyyə baxımından üstün olduğu “Bney Yehuda” səddində “ilişməsi” paytaxt klubunun azarkeşlərini hiddətləndirib.
İdmanxeber.az-ın məlumatına görə, “ağ-qara”lı azarkeşlərin bu biabırçı uğursuzluqa göz yummaq fikri yoxdu. Məhz buna görə də “flaqman”ın azarkeşləri sosial şəbəkələrdə klub rəhbərliyini və baş məşqçini istefaya səsləyib. Hətta “Forza Neftçi” azad azarkeş qrupu da mövcud uğursuzluqa klub prezidenti Kamran Quliyev və baş məşqçi Roberto Bordini hədəf kimi göstərərək, onları dərhal istefaya səsləyir.
Qeyd edək ki, iki oyunun nəticəsinə görə, “Neftçi” “Bney Yehuda”ya 3-4 hesabı ilə uduzaraq turnirdəki çıxışını dayandırıb.