19 Fevral 2025
Kateqoriyasız

“Neftçi” azarkeşlərə müraciət etdi

Avqustun 28-də Avroliqanın pley-off mərhələsində “Neftçi”-“Partizan” matçının bilet satışları davam edir.

İdmanxeber.com-un klubun saytına istinadən məlumatına görə, “Neftçi” “qara bazar”da qanunsuz bilet satışının qarşısını almaq üçün azarkeşlərdən biletləri oyun günü yox, daha tez almasını xahiş edib.

Onu da qeyd edək ki, bir azarkeş 5 və ya daha artıq sayda bilet aldıqda, şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini kassaya təqdim etməlidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43