UEFA Avropa Liqasında uğursuzluqa düçar olaraq, özündən qat-qat zəif Monteneqro “Mladost”una iki oyunun cəmində boyun əyən “Neftçi”nin bu nəticəsi azarkeşləri qəzəbləndirib.
İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralı” fanatlar sosial şəbəkələrdə Müşahidə Şurasına ehtiyacları olmadığını, komandaya yenidən Sadıq Sadıqovun qaytarılmasını tələb ediblər. Paytaxt klubunun azarkeşlərinin hədəfi Müşahidə Şurasıdı.
Şuranın yaradılmasından sonra “Neftçi”nin Premyer Liqada mükafatsız qalması, Avropa Liqası ilə erkən vidalaşması azarkeşlərin “səbr kasası”nı daşırıb.
“Neftçi” azarkeşləri komanda ilə uğurları sıralayan sabiq prezident Sadıqov Sadıqovun geri qaytarılmasını, onun yenidən komandanın başında görmək istədiklərini qeyd ediblər.
Artıq bugündən azarkeşlər sosial şəbəkələrdə “Neftçi”ni Sadıq Sadıqov xilas edər”, “Rədd olsun Şura” – kimi paylaşımlar edirlər.