“Neftçi” – “Xəzər Lənkəran” matçının ikinci yarısı oynanılır.
İdmanxeber.com-un məlumatına görə, polislərilk hissənin sonlarına yaxın yerli azarkeşlərə qarşı olduqca kobud davranıb. Belə ki, ilk yarının sonunda azarkeşlərə qışqırmama və oturmaq əmri verən polislərin bu hərəkəti “ağ-qaralı” fanatları qıcıqlandırıb. Nəticədə ilk yarı bitdikdən sonra azarkeşlər stadionu tərk ediblər. Stadionun ətrafında da polislər azarkeşlərə qarşı güc tətbiq dib. Nəticədə 7 “Neftçi” fanatı saxlanılıb.
“Forza”, “NeftçiMania” kimi qruplar stadionu tərk edərək, klub rəhbərliyi və polislərin ünvanına sərt şüarlar səsləndiriblər. Hazırda oyunu çox az sayda azarkeş izləyir.