Kateqoriyasız

“Neftçi” azarkeşləri stadionu tərk etdilər: Rəhbərlik və polisin ünvanına təhqiredici şüarlar səsləndirdilər

“Neftçi” – “Xəzər Lənkəran” matçının ikinci yarısı oynanılır.

İdmanxeber.com-un məlumatına görə, polislərilk hissənin sonlarına yaxın yerli azarkeşlərə qarşı olduqca kobud davranıb. Belə ki, ilk yarının sonunda azarkeşlərə qışqırmama və oturmaq əmri verən polislərin bu hərəkəti “ağ-qaralı” fanatları qıcıqlandırıb. Nəticədə ilk yarı bitdikdən sonra azarkeşlər stadionu tərk ediblər. Stadionun ətrafında da polislər azarkeşlərə qarşı güc tətbiq dib. Nəticədə 7 “Neftçi” fanatı saxlanılıb. 

“Forza”, “NeftçiMania” kimi qruplar stadionu tərk edərək, klub rəhbərliyi və polislərin ünvanına sərt şüarlar səsləndiriblər. Hazırda  oyunu çox az sayda azarkeş izləyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43