Azərbaycan Premyer Liqasının 9-cu turunda keçiriləcək “Neftçi” – “İnter” matçının yeri dəyişdirilib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun öncədən nəzərdə tutulduğu kimi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda deyil, "Bakcell Arena"da baş tutacaq.
Qeyd edək ki, oktyabrın 26-da keçiriləcək qarşılaşma saat 16:00-da başlanacaq.