23 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi” – “Baltsan” oyununun hakimləri bilindi

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Baltsan” (Malta) matçının hakimləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Bakıda keçiriləcək oyunu ukraynalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Yaroslav Kozik olacaq. Ona həmyerliləri Yevgeni Xalamendik və Viktor Matyaş kömək edəcək. Nikolay Balakin isə dördüncü referi funksiyasını yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43