22 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi” – “Baltsan” oyununun yeri dəyişdirildi

Avropa Liqasının I təsnifat mərhələsində Maltanın “Baltsan” klubu ilə qarşılaşacaq “Neftçi”nin ilk oyunun yeri dəyişib. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, püşkün nəticəsinə əsasən “ağ qaralar” ilk matçını Bakıda keçirilməli idi. 

Lakin klublar arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən püşkatmadan dərhal sonra oyunların keçirilmə yeri barəsində UEFA-ya müraciət edilib. Bu gün isə UEFA tərəfindən kluba rəsmi məktub daxil olub. 
Məktubda “Neftçi” – “Baltsan” cütü ilə yanaşı bir neçə oyunun keçirilmə yerində dəyişiklik edildiyi qeyd olunub. 

Bildirilib ki, “Neftçi” və “Baltsan” klubları arasında ilk oyun iyunun 30-da Maltada, cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43