22 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi” baş məşqçisi ilə bağlı qərarını verdi

“Neftçi” klubunun inzibati binasında Müşahidə Şurasının növbəti iclası keçirilib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə,  Vəli Qasımov 2016/2017-ci illər mövsümü üçün “Neftçi”nin  baş məşqçisi vəzifəsinə təsdiq olunub.

Bundan əlavə  klubun növbəti mövsüm üçün büdcəsi detallı şəkildə müzakirə edilib.

Qeyd edək ki, bu ilin mart ayından – Əsgər Abdullayevin istefasından sonra Vəli Qasımov baş məşqçi səlahiyyətlərini icra edirdi.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43