Uzun müddətdir Braziliyada olan "Neftçi"nin futbolçusu Bruno Bertuççi yerli mətbuata açıqlama verərək, paytaxt klubundan ayrılmaq üzrə olduğunu və karyerasını vətənində davam etdirəcəyini bildirmişdi.
Biz də bu məlumatı dəqiqləşdirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. O, idmanxeber.com saytına açıqlamasında Bertuççinin komanda ilə müqaviləsinin qüvvədə olduğunu bildirdi: "Bruno Bertuççinin "Neftçi" ilə müqaviləsi var. Və o, yalnız, müqaviləsi bitdikdən sonra komandadan ayrıla bilər, indi yox. Ancaq rəsmi təklif olsa, dəyərləndirə bilərik".