24 Yanvar 2022
Premyer Liqa

“Neftçi” “Böyük oyun”dan sonra baş vermiş qalmaqalla bağlı bəyanat yaydı

“Neftçi” Premyer Liqanın son turunda baş verənlərlə bağlı yeni bəyanat yayıb. 

İdmanxeber.com həmin bəyanatı olduğu kimi təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” ölkə başçısının futbola diqqət və qayğısının əsas göstəricisidi. Rövnəq Abdullayevin rəhbərliyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Dövlət Proqramının müddəalarını uğurla həyata keçirir. Artıq bir neçə iri miqyaslı futbol və infrastruktur layihələrinin yüksək səviyyədə təşkili buna bariz nümunədi. Dünya idmanı tarixində ilk dəfə təşkil olunacaq Avropa Olimpiya Oyunları üçün nəzərdə tutulan Olimpiya stadionu Azərbaycan futbolu üçün də böyük töhvə olacaq. Təsadüfi deyil ki, Bakı 2020-ci il Avropa Çempionatına ev sahibliyinə namizədliyini irəli sürüb. Rövnəq Abdullayevin AFFA Prezidenti seçilməsindən sonra Peşəkar Futbol Liqasının yaradılması ilə Azərbaycan çempionatının səviyyəsi yüksəlmişdir və bu inkişaf ilbəil artır. Artıq Azərbaycan futbolu klub miqyaslı yarışlarda da uğurlar əldə etməyə başlayb. “Neftçi” PFK-nın Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanması, “Qarabağ” klubunun dəfələrlə pley-off mərhələsində çıxış etməsi AFFA-nın Azərbaycanda futbolun inkişafı naminə gördüyü məqsədyönlü işin göstəricisidir. Əminliklə demək olar ki, AFFA Prezidenti Rövnəq Abdullayevin seçdiyi inkifaş strategiyası düzgündür və yaxın gələcəkdə ölkə futbolu daha böyük zirvələri fəth edəcək. “Neftçi” PFK olaraq bu strategiyanı daim dəstəkləmişik və futbolumuzun inkişafı naminə çalışırıq. Əldə etdiyimiz nəticələr, avrokuboklardakı uğurlarımız düzgün yolda olduğumuzu sübut edir.

Təəssüf ki, Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilmiş “Xəzər-Lənkəran”-“Neftçi” PFK oyununda baş verən olaylar olduğu kimi qələmə verilmədi. Nəticədə bu azarkeşlər arasında vəziyyətin gərginləşməsinə gətirib çıxardı. Baş verən olaylarla bağlı AFFA-nın İntizam Komitəsi haqlı qərarlar qəbul etdi. Ümid edirik ki, bu qərarlar belə halların gələcəkdə bir daha yaşanmamasına zəmin yaradacaq. Sözsüz ki, futbol azarkeşlər üçün oynanılır, amma onlar da idman prinsiplərini unutmamalıdırlar. “Neftçi” PFK bütün klublarımızla dost münasibətlərə malikdir. Biz yalnız meydanda 90 dəqiqə ərzində rəqibik. “Neftçi” PFK, eləcə də bütün klublar bir amala-Azərbaycan futbolunun inkişafına xidmət edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Nurlan Novruzov “100-lüy”ə çatdı

admin

“Bakı” “Rəvan”ı belə darmadağın etdi – VİDEO

admin

“Neftçi”nin kapitanı: “Azarkeşlərimizə səslənirəm, onlar əmin olsunlar ki…”

admin