Kateqoriyasız

“Neftçi” braziliyalı futbolçu transfer etdi

“Neftçi” ardıcıl üçüncü legioner futbolçunu transfer edib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souza ilə 2+1 il müddətinə müqavilə bağlanıb. 19 yaşlı futbolçu yeni klubunda 4 nömrəli formanı geyinəcək.

“Brasilis”in yetirməsi olan Rener Alves De Souza Braziliyanın “Fortaleza” klubunda çıxış edib. O, “Fortaleza”nın əsas komandası ilə yanaşı, U-19 və U-20 komandalarında da oynayıb, U-20 ilə “Copa do Nordeste”nin qalibi olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı və Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43