27 Sentyabr 2022
Kateqoriyasız

“Neftçi” bu fərqi hiss edəcək” – “Rapid”in baş məşqçisi

“Neftçi” bir neçə saatlıq uçuşdan sonra burada iqlim fərqini hiss edəcək”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Avropa Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Rapid”in baş məşqçisi Ferdinand Feldhofer deyib.

42 yaşlı mütəxəssis Azərbaycan klubunun səfər oyunlarında problem yaşadığını deyib:

“Neftçi” bir neçə saatlıq uçuşdan sonra burada iqlim fərqini hiss edəcək. Azarkeşlərimizin qarşısında tam fərqli oyun olacaq. Bundan necə yararlanacağımız isə özümüzdən asılıdır. Nəticələr göstərir ki, rəqib səfər oyunlarında problem yaşayır”.

Qeyd edək ki, “Neftçi” Bakıda keçirilən ilk görüşdə “Rapid”i 2:1 hesabı ilə məğlub edib. Komandalar arasında cavab matçı sabah Vyanada baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Aberdin” Bakıya nə vaxt gəlir?

admin

Cüdoçularımız İspaniyada 8 medal qazandı

admin

Millimiz iki yoxlama oyunu keçirəcək

admin