Kateqoriyasız

“Neftçi” ciddi rəqibdi” – “Dinamo”nun baş məşqçisi

“Dinamo”nun (Tibilisi) baş məşqçisi Kaxaber Sxadadze Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

İdmanxeber.az klubun Feysbuq səhifəsinə istinadən xəbər verir ki, bu mərhələdə “Neftçi” ilə qarşılaşacaq komandanın çalışdırıcısı təmsilçimiz haqqında deyib:

“Neftçi” Azərbaycan çempionudur və ölkəsində “Dinamo”nun Gürcüstanda olduğu kimi futbol markasıdır. Bu komanda ciddi rəqibdir və əlbəttə ki, onu qiymətləndiririk. Belə bir vəziyyətdə şanslar haqqında danışmaq qəbuledilməzdir. Bu oyunlara yaxşı hazırlaşmalıyıq. Planlarımız var, mümkün qədər çox çalışıb, nəticəni mümkün qədər yaxşı nəticə əldə etməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43