UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Sloveniya "Koper"ini sıradan çıxardaraq Gürcüstanın "Çixura" klubuna rəqib olan "Neftçi"nin bu səddi aşacağı heç kimdə şübhə doğurmur.
İdmanxeber.com-un məlumatına görə, son Azərbaycan kubokunun qalibi gürcüləri iki oyunun nəticəsində məyus edə bilsə o zaman "play-off"da daha güclü komandalarla qarşılaşa bilər.
Əgər "Neftçi" "Çixura" səddini adlasa o zaman "play-off"da Serbiyanın "Partizan", Portuqaliyanın "Nasional", Polşanın "Legia", Sloveniyanın "Maribor" kimi klubları ilə qarşılaşa bilər.
Bundan əlavə "ağ-qaralar"a ÇL-də mübarizəni dayandırıb, Avroliqada oynayacaq məşhur klublardan biri də düşə bilər.