Ölkə futbolu

“Neftçi” də loqosunu dəyişdi

“Neftçi” klubu loqosunu dəyişib.

İdmanxeber.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun yeni loqosu ənənəvi ağ-qara fonda hazırlanıb və ilk emblemin konturlarından, klubun adının baş hərfindən və neft buruqlarından isifadə olunub.

Bununla da klubun köklərinə və dəyərlərinə sadiqlik nümayiş etdirilib. Loqonun yuxarı hissəsində ulduz işarəsi yerləşdirilib, aşağısında isə klubun yarandığı tarix yazılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43