Kateqoriyasız

Konfrans Liqası: Bu gün “Neftçi”nin potensial rəqibi bəlli olacaq

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

İdmanxeber.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbirdə “Neftçi”nin də potensial rəqibi müəyyənləşəcək. Azərbaycan təmsilçisi “Rapid” səddini keçərsə, pley-off mərhələsində aşağıda adları çəkilən komandalardan biri ilə qarşılaşacaq:

“Nitsa” (Fransa) 

“Hayduk” (Split, Xorvatiya) – “Vitoriya” (Portuqaliya) cütünün qalibi

“Vaduts” (Lixtenşteyn) – “Konyaspor” (Türkiyə) cütünün qalibi 

“Vikinq” (Norveç) – “Sliqo Rovers” (İrlandiya) cütünün qalibi

Pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də matçı keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43