“Neftçi” futnbolçusu Rəşad Sadiqovu başqa kluba satmaqda maraqlıdı.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, paytaxt klubunun kapitanının öncədən də “Neftçi”dən ayrılacağı gözlənilsə də, bu biraz ləngidi. Hazırda Sadiqov ona gələn təklifləri gözləyir.
Rəşadla “Xəzər Lənkəran” və “Qəbələ”nin maraqlandığı haqda sizə öncədən də xəbər vermişdik. Hazırda bu iki klubun hansının Sadiqov mübarizəsində qalib ayrılacağı maraqla gözlənilir.
Qeyd edək ki, Mahir Şükürov da komandayla yeni müqavilə bağlamayıb. Bundan əlavə rəhbərlik Bruno Bertuççiyə sərfəli təklif gələcəyi halda satacaqlarını açıqlayıblar. Paraqvaylı Erik Ramos məxsus olduğu klubu ilə problemini həll edə bilməsə, “Neftçi”yə qayıda bilməyəcək. Habelə,yenidən kluba qayıdacaq Vobayın da başqa komandaya icarəyə veriləcəyi bildirilir.