AFFA-nın təşkil etdiyi U-15 liqasında fasilə başa çatıb.
İdmanxeber.com-un məlumatına görə, “Neftçi” PFK-nın U-15 komandası 15-ci turda AZAL klubunu qəbul edib. Görüşdə “Neftçi” 5:0 hesablı qələbəsi ilə başa çatıb. “Neftçi”nin qollarını Hüseyn Seyidzadə (2), Məhəmməd Məmmədov (2) və Fariz Qasımov vurub.